Sosial Fəaliyyətlər Türkiyəli Gənclər Şəkiyə Səfər Ediblər

Türkiyəli Gənclər Şəkiyə Səfər Ediblər

15

Bu gün “Anadoludan Qarabağa Zəfər Yürüyüşü” lahiyəsində iştirak edən 21 gənc Şəkiyə səfər ediblər.

Yürüyüşdə qardaş ölkədən Azərbaycanın tarixi və mədəniyyəti ilə yaxından tanış olmaq üçün gələn gənclərə səfər zamanı Şəki şəhərinin keçdiyi tarixi proseslər, mədəni, tarixi və dini abidələri, məhşur Şəki mətbəxi haqqında ətraflı məlumat verilib. “Anadoludan Qarabağa Zəfər Yürüyüşü”nün iştirakçıları günboyu Şəki Karvansaranı, Şəki Xan Sarayını və Şəki İslam Kollecini ziyarət ediblər.