Sosial Fəaliyyətlər “Anadoludan Qarabağa Zəfər Yürüyüşü”nün Növbəti Səfəri Qəbələ və Zaqatalaya Olub

“Anadoludan Qarabağa Zəfər Yürüyüşü”nün Növbəti Səfəri Qəbələ və Zaqatalaya Olub

7

Fevralın 10-da Beynəlxalq Gənc Dərnəyi, Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi, Türk İşbirliği və Koordinasiya Agentliyi və Gəncliyə Yardım Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Anadoludan Qarabağa Zəfər Yürüyüşü” lahiyəsi çəçivəsində 21 gənc Azərbaycanın zəngin tarix və mədəniyyətə sahib Qəbələ və Zaqatala şəhərlərini ziyarət ediblər. Qonaqlara hər iki şəhər barədə ətraflı məlumatlar verilib.

Əvvəlcə Qəbələdə fəaliyyət göstərən “İntellektual İnkişaf Naminə” ictima birliyinin rəhbər və nümayəndələri ilə görüş keçirilib. Bölgədə gənclərə yaradılan imkanlar, gənclərin rolu və gələcək prespeltivlər ətrafında müzakirələr aparılıb. Daha sonra Zaqatala İslam Koleci ziyarət edilib.