Sosial Fəaliyyətlər “Anadoludan Qarabağa Zəfər Yürüyüşü”nün  İştirakçıları  Köhnə  Maşınla Yardım Aparan Sərvər Bəşirli İlə...

“Anadoludan Qarabağa Zəfər Yürüyüşü”nün  İştirakçıları  Köhnə  Maşınla Yardım Aparan Sərvər Bəşirli İlə Görüşüblər

13

“Anadoludan Qarabağa Zəfər Yürüyüşü”ün iştirakçıları Türkiyədə baş verən şiddətli zəlzələlərdən sonra qardaş ölkəyə yardım göndərmək üçün köhnə avtomobilinə yüklədiyi əşyalarla fotosu çəkilən Sərvər Bəşirli ilə görüşüblər.

“Anadoludan Qarabağa Zəfər Yürüyüşü” Beynəlxalq Gənc Dərnəyi, Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi, Türk İşbirliği və Koordinasiya Agentliyi və Gəncliyə Yardım Fondunun birgə təşkilatçılığı ilə keçirilir. Lahiyə çərçivəsində Türkiyənin müxtəlif universitetlərində təhsil alan 21 tələbə Azərbaycan müxtəlif bölgələrinə səfər edərək, Azərbaycanın tarixi və mədəniyyəti barədə məlumatlar əldə edirlər.

Xatırladaq ki, Yürüyüş iştirakçıları səfərlərini yarımçıq saxlayıb Türkiyədə baş vermiş dəhşətli zəlzələdə zərər çəkənlərə dəstək məqsədi ilə Azərbaycandan Türkiyəyə göndərilən yardım aksiyaya qoşulublar.