Sosial Fəaliyyətlər “Anadoludan Qarabağa Zəfər Yürüyüşü”nün İştirakçıları “Qardaş Köməyi” Platformasının Yardım Aksiyasına Qoşuldular

“Anadoludan Qarabağa Zəfər Yürüyüşü”nün İştirakçıları “Qardaş Köməyi” Platformasının Yardım Aksiyasına Qoşuldular

15

“Anadoludan Qarabağa Zəfər Yürüyüşü”ndə iştirak edən Türkiyənin müxtəlif universitetlərində təhsil alan 21 tələbə Azərbaycan gəzintilərini   yarımçıq saxlayıb Türkiyədə baş vermiş dəhşətli zəlzələdə zərər çəkənlərə dəstək məqsədi ilə Azərbaycandan Türkiyəyə göndərilən yardım aksiyaya qoşuldular.

Gənclər, Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin Azərbaycan şöbəsi (MÜSİAD Azərbaycan), Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB), Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB), Gəncliyə Yardım Fondu (GYF) eləcə də bir sıra ictimai birliklərin dəstəyi ilə təsis olunmuş “Qardaş köməyi” platformasının yardım toplama məntəqələrində könüllülər sırasına qoşularaq müxtəlif bölgələrdən gətirilən məhsulların çeşidlənməsi, qutulara yığılması və yük maşınlarına yüklənməsi prosesində iştirak ediblər.

Qeyd edək ki, lahiyə Beynəlxalq Gənc Dərnəyi, Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi, Türk İşbirliği və Koordinasiya Agentliyi və Gəncliyə Yardım Fondunun birgə təşkilatçılığı ilə keçirilir.