Uncategorized GYF-də Çanaqqala Zəfəri Adlı Seminar Keçirilib

GYF-də Çanaqqala Zəfəri Adlı Seminar Keçirilib

7

Martın 16-da Gəncliyə Yardım Fondunun nəzdində fəaliyyət göstərən Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə Fondun H.Z. Tağıyev adına konfrans zalında Bakı Anadolu liseyinin müəllimi Abdullah Yılmazın təqdimatında “Çanaqqala Zəfəri” adlı seminar keçirilib.

Adbullah bəy, seminarda Çanaqqala zəfərinin coğrafi və siyasasi əhəmiyyətindən, Türkiyənin var olma mübarizəsindəki yerindən bəhs edib. O qeyd edib ki, Çanaqqala zəfərinin səbəbkarları odlu silahlardan, döyüş texnikalarından, hərbi strategiyalardan daha çox qəlbində vətən və torpaq eşqi daşıyan qəhrəman mehmetçiklərdir. Çanaqqalanın keçilməz, aşılmaz olması yurda bağlılıq ruhundan qaynaqlanır, aşılmayan əslində Çanaqqala ruhudur, deyə Abdullah bəy əlavə edib.