Sosial Fəaliyyətlər GYF Rəhbərliyi Türkiyə Cümhuriyyətinin Yeni Təyin Olunmuş Din Hizmətləri Müşavirini Ziyarət Edib

GYF Rəhbərliyi Türkiyə Cümhuriyyətinin Yeni Təyin Olunmuş Din Hizmətləri Müşavirini Ziyarət Edib

49

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və idarə heyətinin nümayəndələri Türkiyə Cümhuriyyətinin Azərbaycanda yeni təyin edilmiş Din Hizmətləri müşaviri İhsan Açık bəyi ziyarət ediblər.

Ahmet Tecim ziyarət əsnasında Fondun fəaliyyətləri, görülən işlər, gələcəklər həyata keçirilməsi nəzərdə tutulan layihələr haqqında ətraflı məlumat verib və İhsan bəyə Azərbaycandakı fəaliyyətində müvəffəqiyyətlər arzulayıb. Gəncliyə Yardım Fondunun Azərbaycandakı fəaliyyətlərini yüksək qiymətləndirən İhsan Açık Ahmet Tecim və nümayəndə heyətinə ziyarətlərindən dolayı dərin təşəkkürlərini bildirib, fəaliyyətlərində uğurlar arzu edib.