Uncategorized “Gənclər Təşkilatlarının Hüquqi Savadlılığının Artırılması” Layihəsi Çərçivəsində Növbəti Görüş Keçirilib

“Gənclər Təşkilatlarının Hüquqi Savadlılığının Artırılması” Layihəsi Çərçivəsində Növbəti Görüş Keçirilib

17

Aprelin 4-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov və Gənclər Fondunun İcraçı direktoru Fərid Cəfərovla gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin görüşü keçirilib. “Gənclər Təşkilatlarının Hüquqi Savadlılığının Artırılması” layihəsi çərçivəsində keçirilən görüşdə Gəncliyə Yardım Fondunun əməkdaşı Qoşqar Abbasov iştirak edib.  Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, daha sonra NAYORA-nın sədri Azər Əliyev açılış nitqi ilə çıxış edib, Baş katibi Ramin Həbibzadə isə layihənin ümumi təqdimatını edib.

Proqrama uyğun olaraq Anar Bağırov və Fərid Cəfərov gənclərin təhsil, əmək və qanunvericilik prosesində iştirakçılığı ilə bağlı öz fikirlərini, o cümlədən təmsil etdikləri qurumların bu məsələlərlə bağlı gördüyü işləri bölüşüblər. Həmçinin panel formatında davam edən görüş zamanı təşkilat nümayəndələrinin təklifləri dinlənilib və ünvanladıqları suallar cavablandırılıb.

Qeyd edək ki, indiyə qədər keçirilən təlimlərdə 40 gənclər təşkilatın 100-ə yaxın nümayəndəsi iştirak edib.