Sosial Fəaliyyətlər “Ənənəvi Oxçuluq” Layihəsinəsinin İştirakçıları Beynalxaq Tədbirdə İştirak Edib

“Ənənəvi Oxçuluq” Layihəsinəsinin İştirakçıları Beynalxaq Tədbirdə İştirak Edib

9

18 may 2023-cü il tarixində N. Nərimanov rayonu Novruzov qardaşları adına 36 saylı tam orta məktəbdə “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” OPEC layihəsi çərçivəsində Elm və təhsil Nazirliyi və Milli Olimpiya Komitəsinin birgə təşkilatçılığı ilə “Dost ölkəmiz Qazaxıstan” adlı tədbir keçirilib. Tədbirdə N. Nərimanov rayon İcra Hakimiyyətinin başçısının müavini İradə Muradova, Bakı şəhər Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, millət vəkilləri Ülviyyə Həmzəyeva və Fazil Ağamalı, həmçinin elm adamları və icitmaiyyət nümayəndələri iştirak ediblər.

Daha sonra Gəncliyə Yardım Fondu tərəfindən 36 saylı məktəbdə həyata keçirilən 3 aylıq “Ənənəvi Oxçuluq” layihəsinəsinin iştirakçıları öz oxatma məharətlərini nümayiş etdiriblər.