Sosial Fəaliyyətlər İş Adamları Gəncliyə Yardım Fondunu Ziyarət Etdi

İş Adamları Gəncliyə Yardım Fondunu Ziyarət Etdi

17

Bu gün Türkiyənin məşhur şirkəti “Kiğılı”nın icraçı direktoru Hilal Suerdem, “Yourbrands”ın təsisçisi Rövşən Kərimov və icraçı direktoru Cahangir Əlibəyli, Məhəmməd Kərimov və Gökhan Başman Gəncliyə Yardım Fondunu ziyarət ediblər. Ziyarət zamanı qonaqlar Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim və idarə heyətinin nümayəndələri ilə görüşüblər.

Cənab Ahmet Tecim bildirib ki, qurulduğu ‎gündən bu günə qədər Gəncliyə Yardım Fondu həyata keçirdiyi ‎humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə ‎arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə ‎xidmət edir. ‎

Hilal Suerdem bəy də öz növbəsində fond rəhbərliyinə bu cür ‎xeyriyyə tədbirlərini həyata keçirdiklərinə və gənclər üçün yaradılmış yüksək imkanlara görə dərin minnətdarlığını ‎bildirərək, fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində ‎uğurlar arzulayıblar.‎

Görüşün sonunda xatirə fotosu çəkilib.