Sosial Fəaliyyətlər GYF Rəhbərliyi Könülllülərlə Görüşüb

GYF Rəhbərliyi Könülllülərlə Görüşüb

15

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim Fondun fəaliyyətlərində yaxından iştirak edən könüllülərlə görüşüb. Azərbaycanın müxtəlif universitetlərində təhsil aldıqları müddət ərzində Akif Salamov, Arif Ələkbərov və İzzət Qaçayev həmçinin Gəncliyə Yardım Fondunun mühansibatlıq və texniki şöbələrində staj keçiblər. Bu il universitetlərindən məzun olan gənclərlə görüşən Ahmet Tecim onlara könüllü fəaliyyətlərinə görə təşəkkür edib, sonrakı həyatlarında müvəffəqiyyətlər arzulayıb.

Görüşün sonunda könüllülərə Fond tərəfindən sertifikatlar təqdim edilib və xatirə fotosu çəkilib.