Sosial Fəaliyyətlər İntellektual İnkişaf Naminə İB-nin Könüllüləri GYF-ni Ziyarət Etdi

İntellektual İnkişaf Naminə İB-nin Könüllüləri GYF-ni Ziyarət Etdi

22

Bu gün Qəbələ rayonunda fəaliyyət göstərən İntellektual İnkişaf Naminə İctimai Birliyinin Könüllüləri Bakı səfəri çərçivəsində Gəncliyə Yardım Fondunu ziyarət edib. Ziyarət əsnasında əvvəlcə Gəncliyə Yardım Fondunun mətbuat xidmətinin rəhbəri Eldar Kərimov könüllülərə Fond haqqında ətraflı məlumat verib.

Daha sonra Fondun prezidenti Ahmet Tecim gənclərlə görüşüb. Görüşdə İntellektual İnkişaf Naminə İctimai Birliyinin koordinatoru Həzi Aslanov və Türkiyənin Azərbaycandakı Din Xidmətləri müşaviri İhsan Açık da iştirak edib. Ahmet Tecim müasir dövrdə milli-mənəvi dəyərlərinə bağlı, vətənpərvərlik duyğuları ilə zəngin, zamanın elmi biliklərinə yiyələnmiş gənclərə hər zaman ehtiyac olduğu və dövlətimizin çiçəklənməsində böyük rol oynayacaqlarını bildirib.

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim sonda İntellektual İnkişaf Naminə İctimai Birliyinin könüllülərinə bu yolda sağlam addımlarla irəliləmələrini vurğulayıb və gələcək həyatlarında müvəffəqiyyətlər arzulayıb.