Uncategorized GYF-də Tərəqqi İnkişaf Mərkəzi “Yay Düşərgəsi”nin Bağlanış Mərasimi Keçirildi

GYF-də Tərəqqi İnkişaf Mərkəzi “Yay Düşərgəsi”nin Bağlanış Mərasimi Keçirildi

34

28 iyul 2023-cü il tarixində Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə Tərəqqi İnkişaf Mərkəzinin “Yay Düşərgəsi” layihəsinin bağlanış mərasimi keçirilib. Tədbirdə Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək İctimai Birliyinin sədri Elçin Manafov, Gəncliyə Yardım Fondunun idarə heyəti və yay məktəbində iştirak edən uşaqların valideynləri iştirak edib.

Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himninin səsləndirilməsi ilə açıq elan edilib. Daha sonra “Yay düşərgəsi”nin fəaliyyətlərini əks etdirən videoçarx təqdim olunub.

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim  çıxış edərək “Yay düşərgəsi”nin intellektual və məntiqi oyunlarla, əyləncəli seminarlarla, milli-mənəvi dəyərləri aşılayan dərslər və tarixi abidələrə ekskursiyalarla uşaqların yayı tətilini daha səmərəli keçirdiklərini qeyd edib və düşərgə iştirakçılarına uğurlar arzulayıb.

Yay düşərgəsində iştirak edən uşaqların valideynləri adından çıxış edən Fuad Quliyev düşərgənin uşaqların həyatına qatdığı dəyərlər haqqında fikirlərini bildirib və təşkilatçılara öz təşəkkürünü bildirib.

Dr. Rüfət Şirinov isə layihənin uşaqların yoldaşlıq, dostluq kimi insani hislərinin formalaşmasında və milli-mənəvi dəyərlərin mənimsənilməsində böyük rol oynadığını qeyd edib.

Tədbirin sonunda “Yay məktəbi” layihəsində keçirilən müxtəlif müsabiqələrdə yer tutan şagirdlərə sertifikat və dəyərli hədiyyələr təqdim edilib və xatirə şəkili çəkilib.