Uncategorized GYF-də Qafqaz İslam Ordusunun 105 İlliyinə Həsr Olunmuş Tədbir Keçirilib

GYF-də Qafqaz İslam Ordusunun 105 İlliyinə Həsr Olunmuş Tədbir Keçirilib

47

Bu gün Gəncliyə Yardım Fondunun H. Z. Tağıyev adına konfrans zalında Qafqaz   İslam Ordusunun və  Bakının işğaldan azad edilməsinin 105 illiyinə həsr olunmuş tədbir keçirilib. “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” ictimai birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycanda səfərdə olan Türk Dünyası jurnalistlər şurasının nümayəndələri, millət vəkilləri, elm adamları, QHT və mətbuat nümayəndələri iştirak ediblər.

Tədbir Bakının işğaldan azad edilməsi uğrunda canlarından keçərək şəhid olan Qafqaz İslam Ordusunun əsgərlərinin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi və hər iki qardaş dövlətin himnlərinin səsləndirilməsi ilə açıq elan edilib.

“Müharibə Veteranı Qadınlarına Sosial Yardım” ictimai birliyinin sədri Radə Abbas iştirakçılarını salamlayaraq tədbirin 15 sebtyabr kimi xüsusi bir gündə keçirilməsi və onun əhəmiyyətindən bəhs edib, həmçinin göstərdiyi dəstəyə görə Gəncliyə Yardım Fonduna təşəkkürünü bildirib.

Millət vəkilləri prof. Musa Qasımlı və prof. Anar İsgəndərov çıxış edərək Qafqaz İslam Ordusunun yaradılması, Nuru Paşanın rəhbərliyi ilə Bakının işğaldan azad edilməsi və Bakının Azərbaycan Cümhuriyyəti üçün vacib rolundan bəhs ediblər.

Daha sonra çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim çətin zamanlarda Çanaqqala döyüşündə Türkiyədəki qardaşlarına kömək üçün döyüşə gedən azərbaycanlılar kimi Qafqaz İslam Ordusunun da qardaş köməyinə çatdığını və qardaşlıq dastanının yazıldığını qeyd edib. Bu qardaşlığın özünü Vətən müharibəsində göstərdiyini deyən Ahmet Tecim Azərbaycan-Türkiyə münasibətlərinin hər iki ölkə üçün əhəmiyyətindən bəhs edib.

Tədbirin sonunda Azərbaycan və Türkiyə əlaqələrinin möhkəmləndirilməsində  xidmətlərinə görə bir sıra ictimaiyyət nümayəndələrinə hədiyyələr təqdim edilib.