Uncategorized GYF Rəhbərliyi TÜRKPA-nı Ziyarət Edib

GYF Rəhbərliyi TÜRKPA-nı Ziyarət Edib

27

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və Fondun idarə heyətinin üzvləri Türk Dövlətləri Parlament Assambleyasınının baş katibi Mehmet Süreyya Eri ziyarət ediblər.  

Ahmet Tecim ziyarət əsnasında Mehmet Süreyya Erə Fondun fəaliyyətləri, görülən işlər, gələcəklər həyata keçirilməsi nəzərdə tutulan layihələr haqqında ətraflı məlumat verib. TÜRKPA-nın Türk dövlətləri arasında əlaqələrin inkişafına böyük tövfə verdiyini bildirən Ahmet Tecim M. Süreyya Er başda olmaqla Assambleyanın fəaliyyətlərində uğurlar arzulayıb.

Dövlətləri Parlament Assambleyasınının baş katibi Mehmet Süreyya Er də öz növbəsində Gəncliyə Yardım Fondunun Azərbaycan və Türkiyə əlaqələrinin inkişafında göstərdiyi fəaliyyətlərinin əhəmiyyətli olduğunu qeyd edib və müvvəffəqiyyətlər arzulayıb.