Sosial Fəaliyyətlər Beynəlxalq Türkiyə Məzunları GYF-nin Qonağı Olub

Beynəlxalq Türkiyə Məzunları GYF-nin Qonağı Olub

74

Bu gün Beynəlxalq Türkiyə Məzunları birliyinin 35 müxtəlif ölkədən Azərbaycanda rəsmi səfərdə olan nümayəndələri Gəncliyə Yardım Fondunun qonağı olub.

Qonaqlar Fond rəhbərliyi ilə çay süfrəsi ətrafında görüşüblər. Azərbaycan Türkiyə Məzunları Birliyinin Azərbaycan koordinatoru Telman Nüsrətoğlu Gəncliyə Yardım Fondunun gördüyü işlərin Türkiyə və Azərbaycan arasındakı qardaşlıq körpüsünün möhkəmləndirilməsindəki rolu haqqında danışıb. Daha sonra Gəncliyə Yardım Fondunun  prezidenti Ahmet Tecim qonaqları salamlayıb və Fondun Azərbaycandakı fəaliyyətləri haqqında geniş məlumat verib. Tədbirdə iştirak edən  Türkiyə Cümhuriyyəti YTB şöbə müdiri  Servet Turan yüksək qonaqpərvərlik üçün Fond rəhbərliyinə öz təşəkkürünü bildirib.

Daha sonra Pakistan, Tanzaniya, Monqolustan, İordaniya, Bosna Hersek, Filippin və Qazaxıstandan gələn dərnək rəhbərləri öz təəssüratlarını bölüşüb və Fond rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.

Tədbirin sonunda qonaqlara xatirə hədiyyəsi təqdim edilib və kollektiv xatirə rəsmi çəkilib.