Uncategorized Gəncliyə Yardım Fondunun Rəhbərliyi Türkiyə Məzunlarının Görüşündə İştirak Edib

Gəncliyə Yardım Fondunun Rəhbərliyi Türkiyə Məzunlarının Görüşündə İştirak Edib

11

Bu gün Gəncliyə Yardım Fondunun rəhbərliyi və kollektivi Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin nəznində fəaliyyət göstərən Yurtdışı Türkler ve Akraba Topluluklar Başkanlığının və Türkiyə Məzunları Dərnəklərinin birgə təşkilatçılığı ilə keçirilən Türkiyə Məzunlarının Azərbaycan görüşündə iştirak ediblər.

Tədbirdə dünyanın 35-ə yaxın ölkəsindən Türkiyə məzunları iştirak edib. Türkiyə məzunlarının görüşünün təşkilində əsas məqsəd Məzun Dərnəklərinin birgə fəaliyyətinin təşkili, həyata keçirilən və planlaşdırılan fəaliyyətlərin səmərəliliyinin artırılmasında bilgi alış-verişi və bu kimi aspektdə müzakirələrin aparılmasıdır.

Qeyd edək ki, 29-30 sentyabr tarixləri müddətində davam edən proqramda Türkiyə Məzun Dərnəklərinin nümayəndələri üçün QHT fəaliyyəti ilə bağlı təlimlər, Azərbaycandakı QHT-ləri ziyarət, panel müzakirələr və seminarlar keçirilib.