Sosial Fəaliyyətlər Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim Gənclərlə Görüşüb

Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim Gənclərlə Görüşüb

59

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə Fondun H. Z. Tağıyev adına konfrans zalında müxtəlif universitetlərdə təhsil alan gənclərlə görüşüb.

BİGA-nın koordinatoru Şahalı Cəlilov tədbir iştirakçılarını salamlayaraq akademiyanın fəaliyyəti haqqında geniş məlumat verib. Daha sonra çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim BİGA üzvlərinə “İslam Mədəniyyətində Vəqf Ənənəsi” mövzusunda seminarla çıxış edib. Seimarda Türk-İslam coğrafiyasında vəqflərin tarixinə toxunulub, Türkiyə və Azərbaycanda təhsil, mədəniyyət, elm və sosial həyatın inkişafında vəqflərin roluna diqqət çəkilib.

Görüşün sonunda tələbələrin sualları cavablandırılıb.