Sosial Fəaliyyətlər GYF Rəhbərliyi “Türk Dünyasının Birliyində Heydər Əliyev Amili” Adlı Beynəlxalq Konfransda İştirak...

GYF Rəhbərliyi “Türk Dünyasının Birliyində Heydər Əliyev Amili” Adlı Beynəlxalq Konfransda İştirak Edib

12

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” ictimai birliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Heydər Əliyev Mərkəzində keçirilən “Türk dünyasının birliyində Heydər Əliyev amili” adlı beynəlxalq konfransda iştirak edib.

Türk dövlətlərinin Bakıdakı səfirliklərinin, o cümlədən Türk dünyası ilə bağlı Bakıda nümayəndəlikləri olan beynəlxalq qurumların təmsilçilərinin, millət vəkillərinin, QHT sektorunun və ictimaiyyət nümayəndələrinin, mətbuat xadimlərinin və elm adamlarının iştirakı ilə baş tutan tədbir Heydər Əliyevin və bütün şəhidlərin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himninin səsləndirilməsi ilə açıq elan edilib.

Tədbirdə şair-publisist Əkbər Qoşalı, ADPU-nun Heydər Əliyev Mərkəzinin müdiri Tahir Süleymanov, QHT-lərə Dövlət Dəstəyi Agentliyi Layihələrin idarəedilməsi departamentinin müdiri Elnur Bağırlı, Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) keçmiş xarici işlər naziri Qüdrət Özərsay, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu, Prof. Dr. Ramazan Taşdurmaz, Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç, Özbəkistanın İstanbuldakı keçmiş baş konsulu Abror Qulyamov, sabiq hərbi attaşe Yücəl Qarauz, Əməkdar jurnalist Azər Həsrət, millət vəkili Vüqar İskəndərov, Türkiyənin Əskişəhər Osmanqazi Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin Siyasət elmi və dövlət idarəçiliyi üzrə müəllimi Prof.Dr. Alpər Özmən, Qazaxıstanın və Azərbaycanın Yazıçılar Birliyinin üzvü Nəsihə Gumarqızı çıxış edib.

Daha sonra panel çıxışlar dinlənilib. Tədbirin sonunda layihə çərçivəsində həyata keçirilən rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb.