Sosial Fəaliyyətlər Polis Şəhidlərinin Anım Mərasimi Keçirilib

Polis Şəhidlərinin Anım Mərasimi Keçirilib

38

Polis Şəhidlərinin Anım Mərasimi Keçirilib

Gəncliyə Yardım Fondunun H. Z. Tağıyev adına konfrans zalında Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşkilatçılığı ilə25 Oktyabr 1993-cü ildə I Qarabağ müharibəsində Zəngilanın müdafiəsi zamanı mənfur düşmənlərə qarşı döyüşdə şəhid olan Daxili İşlər Nazirliyinin 7 polis əməkdaşının 30-cu anım günün keçirilib. Tədbirdə 7 polis şəhid İsmayılov İsmayıl Barat oğlu, Bəşirov Fazil Arif oğlu, Quliyev Aqil Mehralı oğlu, Quliyev İlham İmamqulu oğlu, İsmayılov Möhlət Bəhmən oğlu, Paşayev Sabir Əziz oğlu və Nərimanov Elşad Əvəz oğlunun yaxınları, qazilər, I Qarabağ mübaribəsi veteranları, millət vəkilləri Aydın Hüseynov və Səbinə Xasayeva, Zəngilan rayon İcra başçısının müavini Xanım Rüstəmova, QHT nümayəndələri və Zəngilan sakinləri iştirak ediblər.

Anım tədbirində əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı və idarə heyətinin üzvü şair Lalə İsmayıl 7 şəhid polisimizin ömür yolundan, qəhrəmanlığından söhbət açıb və anın günün xüsusi əhəmiyyət kəsb etməsini haqqında çıxış edib. Gəncliyə Yardım Fondunun əməkdaşı Qoşqar Abbasov şəhid və qazilərin hər zaman Fondun diqqətin mərkəzində olduğunu, bu kimi tədbirlərin keçirilməsində yaxından köməklik göstərdiyini qeyd edib. Milli Məclisin deputatları Səbinə Xasayeva və Aydın Hüseynov çıxış edərək qəhraman şəhidlərimizin qazandıqları zəfərimiz, həmçinin onun geosiyasi əhəmiyyəti və təsirini vurğulayıblar. Daha sonra şəhid ailələri, yaxınları, döyüş iştirakçıları çıxış edib və tədbir bədii hissə ilə davam edib.