Sosial Fəaliyyətlər Türkiyənin Sabiq Ailə, Əmək və Sosial Xidmətlər Naziri GYF-ni Ziyarət Edib

Türkiyənin Sabiq Ailə, Əmək və Sosial Xidmətlər Naziri GYF-ni Ziyarət Edib

30

Türkiyənin sabiq ailə, əmək və sosial xidmətlər naziri, İslam Ölkələri üzrə Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzinin (SESRIC) baş direktoru Zehra Zümrüt Selçuk Gəncliyə Yardım Fondunu ziyarət edib.

Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim qonağa Fondun humanitar, sosial və təhsil fəaliyyətləri haqqında ətraflı məlumat verib, fəaliyyətlərin sahəsinin zamanla genişləndiyini, Fondun xüsusi ilə Azərbaycan-Türkiyə əlaqələrinin inkişafına vətəndaş cəmiyyəti olaraq töhfə verməyə çalışdığını və bu istiqamətdə layihələr həyata keçirdiyini qeyd edib.

Zehra Zümrüt xanım da öz növbəsində Fond rəhbərliyinə bu cür ‎xeyriyyə tədbirlərini həyata keçirdiklərinə, gənclər üçün yaradılmış yüksək imkanlara görə dərin minnətdarlığını ‎bildirib və gələcək işlərində ‎uğurlar arzulayıblar.‎

Görüşün sonunda Zehra Zümrüt xanıma xatirə hədiyyəsi tədqim edilib.