Uncategorized BİGA-da Uğurlu Karyera Planlaması Təlimi Keçirilib

BİGA-da Uğurlu Karyera Planlaması Təlimi Keçirilib

16

Bu gün Gəncliyə Yardım Fondunun nəzdində fəaliyyət göstərən Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə Uğurlu Karyera Planlaması mövsuzunda təlim keçirilib. Bakı İstedadlı Gənclər Akademiyasının koordinatoru Şahalı Cəlilov seminar iştirakçılarını salamlayaraq təlimin əhəmiyyətindən bəhs edib.

Daha sonra karyera məsləhətçisi Orxan Mahmudov çıxış edərək əmək bazarında əsas problemin təhsil və təcrübə arasında uyğunsuzluq olduğunu qeyd edib. Təhsilin təcrübədə tamamlanmasına və təhsil-təcrübə arasında körpünü yumuşaq bacarıqlarla mənimsəmək lazımdır, deyə Orxan Mahmudov əlavə edib.

Seminarın sonunda tələbələrin sualları cavablandırılıb və xatirə fotosu çəkilib.