Sosial Fəaliyyətlər TRT-nin Müşaviri Gəncliyə Yardım Fondunu Ziyarət Edib

TRT-nin Müşaviri Gəncliyə Yardım Fondunu Ziyarət Edib

51

TRT-nin Strateji Araşdırmalar şöbəsinin müşaviri İbrahim Eroğlu və TRT Bakı nümayəndəsi Murat Akkoç Gəncliyə Yardım Fondunu ziyarət edib.

Gəncliyə Yardım Fondunun icraçı katibi Sedat Demir qonaqlara Fondun humanitar, sosial və təhsil fəaliyyətləri haqqında ətraflı məlumat verib, fəaliyyətlərin sahəsinin zamanla genişləndiyini, Fondun xüsusi ilə Azərbaycan-Türkiyə əlaqələrinin inkişafına vətəndaş cəmiyyəti olaraq töhfə verməyə çalışdığını və bu istiqamətdə layihələr həyata keçirdiyini qeyd edib.

İbrahim Eroğlu da öz növbəsində Fond rəhbərliyinə bu cür ‎xeyriyyə tədbirlərini həyata keçirdiklərinə, gənclər üçün yaradılmış yüksək imkanlara görə dərin minnətdarlığını ‎bildirib və gələcək işlərində ‎uğurlar arzulayıblar.‎