Sosial Fəaliyyətlər Türkiyə Diyanət Vəqfinin Nümayəndə Heyəti GYF-ni Ziyarət Edib

Türkiyə Diyanət Vəqfinin Nümayəndə Heyəti GYF-ni Ziyarət Edib

23

Türkiyə Din Hizmətləri Müşavirliyinin dəvəti ilə Azərbaycanda səfərdə olan Bursa Osmanqazi müftisi Mehmet Açık, Mehrablı Külliyə məscidinin imamı Hasan Akdağoğlu, Şəhadət məscidinin imamı Abdulkadir Açık ve Ulu Camii müəzzini Adem Saygılı Gəncliyə Yardım Fondunu ziyarət ediblər.

Ziyarət çərçivəsində Fond rəhbərliyi və əməkdaşları ilə görüş təşkil edilib. Görüşdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Doç. Dr. Cahit Bağcı və Din Hizmətləri müşaviri İhsan Açık da iştirak edib.

Qeyd edək ki, Türkiyə Diyanət Vəqfinin nümayəndə heyəti Türkiyə səfirliyinin Din Hizmətləri Müşavirliyinin Şəhidlər məscidində hər ayın son həftəsi təşkil edilən “Şəhidləri anma proqramı”nda iştirak etmək üçün Azərabaycanda səfərdədirlər.