Sosial Fəaliyyətlər GYF Kollektivi Şəhidlər Xiyabanını Ziyarət Edib

GYF Kollektivi Şəhidlər Xiyabanını Ziyarət Edib

25

Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun bütün kollektivi Şəhidlər Xiyabanına gələrək 20 yanvar faciəsinin qurbanlarının məzarlarını ziyarət edib, məzarlar üzərinə tər qərənfillər düzüblər.

Qeyd edək ki Fond, qurulduğu gündən bu günə qədər mütəmadi olaraq vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhid və qazilərimizin ailələrini ziyarət edir və onlara humanitar yardımların göstərilməsinə dəstək olur.