Sosial Fəaliyyətlər Gənclər Gününə Həsr Olunmuş Kitab Oxuma Düşərgəsi Təşkil Edilib

Gənclər Gününə Həsr Olunmuş Kitab Oxuma Düşərgəsi Təşkil Edilib

6

Gəncliyə Yardım Fondunun nəzdində fəaliyyət göstərən Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə 2 fevral “Gənclər Günü”nə həsr olunmuş kitab oxuma düşərgəsi həyata keçirilib. Kitab oxuma düşərgəsində Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 50 tələbə iştirak edib. Düşərgədə tələbələr əvvəlcədən özləri tərəfindən təyin olunmuş kitabları oxuyub. Daha sonra akademiyanın üzvləri tərəfindən kitablar barədə məlumat verilib və kitabların müzakirəsi keçirilib.

Kitab oxuma düşərgəsində iştirak edən tələbələrə Gəncliyə Yardım Fondu rəhbərliyi tərəfindən sertifikatlar təqdim edilib.