Sosial Fəaliyyətlər GYF-də Beynəlxalq Kitab Bağışlama Günü Münasibəti İlə Tədbir Keçirilib

GYF-də Beynəlxalq Kitab Bağışlama Günü Münasibəti İlə Tədbir Keçirilib

30

Gəncliyə Yardım Fondunun H. Z. Tağıyev adına konfrans zalında 14 fevral Beynəlxalq Kitab Bağışlama Günü münasibəti ilə tədbir keçirilib.

Tədbirdə Fond rəhbərliyi və əməkdaşları tərəfindən kitab oxunulub, oxunulan kitablar barəsində məlumatlar verilib.

Daha sonra Beynəlxalq Kitab Bağışlama Gününün tarixi, mahiyyəti və dünyada kitab oxuma statistikalarından, kitab oxumağın faydaları və oxuma metodlarından bəhs edilib.

Tədbirin sonunda Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim Fond əməkdaşlarına kitab hədiyyə edib və xatirə fotosu çəkilib.