Uncategorized GYF-də Xocalı Soyqırımına Həsr Olunmuş Tədbir Keçirilib

GYF-də Xocalı Soyqırımına Həsr Olunmuş Tədbir Keçirilib

15

Fevralın 26-sı “Əbədi Birlik” Gənclər İctimai Birliyi, Gəncliyə Yardım Fondu,  BMT tərəfdaşı Beynəlxalq İnsan Hüquqları Müdafiə komitəsi və Beynəlxalq İnformasiya Agentliyinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı tədbir keçirilib.

Tədbirdə millət vəkilləri Elman Nəsirov və Ceyhun Məmmədov, Əbədi tarixçi alim Faiq Ələkbərli, Trabzon İş Adamları Platformasının sədri Mustafa Küçükali, Vətən müharibəsi iştirakçıları, elm və incəsənət xadimləri, QHT rəhbərləri və media nümayəndələri iştirak edib.

Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilməsi, Azərbaycan və Türkiyə dövlətlərinin himnlərinin səsləndirilməsi ilə tədbirin rəsmi hissəsi açıq elan edilib.

Elman Nəsirov beynəlxalq arenada Xocalı soyqırımına baxış, ikili standartlar və Azərbaycan dövlətinin faciənin tanıdılması istiqamətindəki fəaliyyətləri barədə çıxış edib. Ceyhun Məmmədov artıq Xocalı soyqırımının anım günün zəfər qazanmış və torpaqlarını işğaldan azad etmiş bir dövlət kimi keçirildiyini, qısa zamanda bu kimi tədbirlərin elə Xocalıda keçiriləcəyini qeyd edib.

Tədbirin bədii hissəsində “Əbədi Birlik” GİB-nin Mədəniyyət komitəsinin sədri Cəmilə Məmmədlinin “Azərbaycan” adlı ifası səsləndirilib və rəssam Nizami Huseynovun Xocalı soyqırımının qurbanlarına həsr olunmuş rəsm sərgisi nümayiş edilib.