Sosial Fəaliyyətlər GFY-də Təcrübə Keçən Tələbələr Ümid Yeri Uşaq Sığınacağını Ziyarət Etdi

GFY-də Təcrübə Keçən Tələbələr Ümid Yeri Uşaq Sığınacağını Ziyarət Etdi

13

Gəncliyə Yardım Fondu və Azərbaycan Universiteti arasında bağlanmış müqaviləyə əsasən universitetin Fondda təcrübədə olan IV kurs tələbələri Ümid Yeri Uşaq Sığınacağını ziyarət ediblər

Uşaq sığınacağının ehtiyacı olduğu ərzaq paketləri Fond tərəfindən təmin edilmiş, eyni zamanda balacaların öz asudə vaxtlarını daha səmərəli və əyləncəli keçirə bilmələri üçün kitablar və kiçik hədiyyələr təqdim edilib. Bu bərabərliyin nəticəsində tələbələr və balacalar çox mənalı və yadda qalan bir neçə saat keçiriblər.

Ümid Yeri Uşaq Sığınacağının rəhbəri Nigar Mənsimova da öz növbəsində fondun xeyriyyə fəaliyyətlərini yüksək qiymətləndirib və Fond rəhbərliyinə öz təşəkkürünü bildirib.

Qeyd edək ki, Gəncliyə Yardım Fondu mütəmaadi olaraq uşaq evlərinə, ehtiyac sahibi insanlara və qocalar evinə ziyarətlər təşkil edir, onların problemləri ilə yaxından tanış olur və imkan daxilində problemlərin həllinə çalışır.