Sosial Fəaliyyətlər BİGA-da “İslamın İqtisadiyyatı” Mövzusunda Seminar Keçirilib

BİGA-da “İslamın İqtisadiyyatı” Mövzusunda Seminar Keçirilib

30

2 mart tarixində Gəncliyə Yardım Fondunun nəzdində fəaliyyət göstərən Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə “İslamın iqtisadiyyatı” adlı seminar keçirilib. Azərbaycanın müxtəlif universitetlərində təhsil alan tələbərin iştirakı ilə keçirilən seminarda İstanbul Universitetinin İslam İqtisadiyyatı üzrə doktorantı Yamin Savalanlı məruzəçi qismində çıxış edib.

Bakı İstedadlı Gənclər Akademiyasının koordinatoru Şahalı Cəlilov qonağı salamlayaraq Akademiyanın məqsədi və fəaliyyətləri barədə məlumat verib.

Yamin Savalanlı İslam iqtisadiyyatının təməl xüsusiyyətləri və ona fundamental yanaşma, onun mövcud iqtisadi sistemdən əsəs fərqləndirici özəllikləri, bəzi iqtisadi anlayışlara yenidən baxış, iqtisadi həyatın İslamdakı önəmi haqqında çıxış edib.

Seminarın sonunda müvafiq mövzu ətrafında müzakirə aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.