Sosial Fəaliyyətlər GYF-nin Əməkdaşı Beynəlxalq Konfransda İştirak Edib

GYF-nin Əməkdaşı Beynəlxalq Konfransda İştirak Edib

14

Martın 2-də Gürcüstanın Batumi şəhərində Gürcüstan Müftülüyünün təşkilatçılığı ilə “Müasir Dünyada Din: Perspektivlər, Problemlər və Ramazan” mövzulu beynəlxalq konfrans keçirilib. Konfransda Azərbaycan, Türkiyə və İrandan din xadimləri və elm insanları iştirak edib.

Gəncliyə Yardım Fondunun əməkdaşı və Azərbaycan Universiteti Siyasi və İctimai elmlər kafedrasının müəllimi t.ü.f.d. Abbas Qurbanov “İctimai Birliyin Təminatçısı Kimi Din və Ramazan” adlı məruzə ilə çıxış edib.