Sosial Fəaliyyətlər Türkiyə Maarif Vəqfinin Sədr Müavini GYF-ni Ziyarət Etdi

Türkiyə Maarif Vəqfinin Sədr Müavini GYF-ni Ziyarət Etdi

15

Türkiyə Maarif Vəqfinin sədr müavini Ahmet Bilgili və Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Prof. Dr. Muhittin Macit Gəncliyə Yardım Fondunu ziyarət ‎edib. Ziyarət əsnasında qonaqlar Gəncliyə Yardım Fondunun idarə heyətinin nümayəndələri ilə görüşüb.

Fondun icraçı katibi Sedat Demir Gəncliyə Yardım Fondu həyata keçirdiyi ‎humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə ‎arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə ‎xidmət etdiyini bildirib. ‎

Türkiyə Maarif Vəqfinin sədr müavini Ahmet Bilgili Fond rəhbərliyinə bu cür ‎xeyriyyə tədbirlərini həyata keçirdiklərinə və gənclər üçün yaradılmış yüksək imkanlara görə dərin minnətdarlığını ‎bildirərək, fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində ‎uğurlar arzulayıb.‎