Sosial Fəaliyyətlər Ömer Halisdemirin Qardaşı ilə GYF-də Görüş Keçirilib

Ömer Halisdemirin Qardaşı ilə GYF-də Görüş Keçirilib

20

Bu gün Gəncliyə Yardım Fondunun Ömer Halisdemir adına seminar otağında Türkiyədə dövlət çevrilişinə cəhd hadisələri zamanı milli iradə və vətən uğrunda canından keçərək şəhid olan Ömer Halisdemirin qardaşı Doğan Halisdemir ilə görüş keçirilib.

Görüşdə Fond rəhbərliyi və əməkdaşları, həmçinin Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli, bir zamanlar Ömər Halisdemirlə birgə təlimlərdə iştirak etmiş XTQ mənsubu, qazi Famil Fərəcov da iştirak edib.

Doğan Halisdemir Ömər Halisdemirin uşaqlıq və gənclik illərindən bəhs edib, şəhədətə ucalanadək yaşadıqları xatirələri görüş iştirakçıları ilə bölüşüb.