Sosial Fəaliyyətlər GYF Rəhbərliyi Türkiyə Cümhuriyyətinin Yeni Təyin Olunmuş Mətbuat Müşavirini Ziyarət Edib

GYF Rəhbərliyi Türkiyə Cümhuriyyətinin Yeni Təyin Olunmuş Mətbuat Müşavirini Ziyarət Edib

22

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və idarə heyətinin nümayəndələri Türkiyə Cümhuriyyətinin Azərbaycanda yeni təyin edilmiş mətbuat müşaviri Cihangir İşbilir bəyi ziyarət ediblər.

Ahmet Tecim ziyarət əsnasında Fondun fəaliyyətləri, görülən işlər, həyata keçirilməsi nəzərdə tutulan layihələr haqqında ətraflı məlumat verib və Cihangir bəyə Azərbaycandakı fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.

Gəncliyə Yardım Fondunun Azərbaycandakı fəaliyyətlərini yüksək qiymətləndirən Cihangir İşbilir Ahmet Tecim və nümayəndə heyətinə ziyarətlərindən dolayı dərin təşəkkürünü bildirib, fəaliyyətlərində uğurlar arzu edib.