Sosial Fəaliyyətlər BİGA-da “Uğurlu Karyeramız Üçün İKİGAİ” Adlı Təlim Keçirilib

BİGA-da “Uğurlu Karyeramız Üçün İKİGAİ” Adlı Təlim Keçirilib

18

Bu gün Gəncliyə Yardım Fondunun nəzdində fəaliyyət göstərən Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə “Uğurlu Karyeramız Üçün İKİGAİ”  mövsuzunda təlim keçirilib.

Ekpert qismində çıxış edən karyera məsləhətçisi, mentor Elnur İslamov gənclərə karyera quruculuğunda diqqət yetirilməsi vacib olan məqamlardan bəhs edib və öz təcrübələrini bölüşüb. Daha sonra mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Təlimin sonunda ekspertə Bakı İstedadlı Gənclər Akademiyası tərəfindən xatirə hədiyyəsi təqdim edilib.