Uncategorized GYF-də Karyera Planlanması Təlimləri Davam Edir

GYF-də Karyera Planlanması Təlimləri Davam Edir

26

Gəncliyə Yardım Fondunda Dövlət Məşğulluq Agentliyinin karyera məsləhətçisi və fərdi inkişaf mentoru Xanoğlan Sadiq tərəfindən “Özünü Dərk” adlı təlim keçirilib.

Təlimdə Xanoğlan Sadiq əvvəlcə gənclərə daxili potensiallarının fərqinə varmaları məqsədilə öz həyat hekayəsi və karyera yüksəlişi barədə çıxış edib. Daha sonra cari əmək bazarının vəziyyətindən, gələcək imkanlardan və peşə seçiminə təsir edən amillərdən bəhs edib.

Qeyd edək ki, Gəncliyə Yardım Fondunda karyera planlaması təlimləri davamlı olaraq keçiriləcəkdir.