Sosial Fəaliyyətlər Beynəlxalq Təşkilatın Nümayəndləri GYF-nin Qonağı Olub

Beynəlxalq Təşkilatın Nümayəndləri GYF-nin Qonağı Olub

29

İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin dəvəti ilə Azərbaycanda Beynəlxalq İslam bankçılığının tədrisində eskpert qismində çıxış edən İslam Maliyyə İnstituları üçün Mühasibat və Audit Təşkilatınin (AAOIFI) baş meneceri Mughees Shaukat və AAOIFI sertifikatlı İslam Maliyyəsi mütəxəssisi Zubairi Sohail Ahmed Gəncliyə Yardım Fondunun qonağı olublar.

Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim qonağa Fondun humanitar, sosial və təhsil fəaliyyətləri haqında ətraflı məlumat verib, hər gün daha da möhkəmlənən Azərbaycan və Türkiyə əlaqələrinin iki dövlət arasında bütün müstəvilərdə, o cümlədən sosial fəaliyyətlərə müsbət təsir etdiyini bildirib.

Zubairi Sohail Ahmed bəy də öz növbəsində Fond rəhbərliyinə bu cür ‎xeyriyyə tədbirlərini həyata keçirdiklərinə və gənclər üçün yaradılmış yüksək imkanlara görə dərin minnətdarlığını ‎bildirərək fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində ‎uğurlar arzulayıb.

Görüşün sonunda qonaqlara Fond tərəfindən hədiyyə təqdim edilib və xatirə fotosu çəkilib.