Sosial Fəaliyyətlər “Ana Yurddan Ata Yurda Könül Körpüsü” Platformasının Üzvləri GYF-nin Qonağı Olub

“Ana Yurddan Ata Yurda Könül Körpüsü” Platformasının Üzvləri GYF-nin Qonağı Olub

17

Bu gün Türkiyənin Konya şəhərindən “Qarabağ Zəfəri Səfəri” devizi ilə Azərbaycanda səfərdə olan “Ana Yurddan Ata Yurda Könül Körpüsü” platformasının üzvləri Gəncliyə Yardım Fondunun qonağı olublar.

“Ana Yurddan Ata Yurda Könül Körpüsü” platforması tərəfindən təşkil edilən və 29 may-5 iyul tarixlərini əhatə edən “Qarabağ Zəfəri Səfəri” proqramında millət vəkilləri, QHT rəhbər və nümayəndələri iştirak edir. Platforma üzvləri Bakıda bir sıra rəsmi qurumlarla görüş keçirib, tarixi və mədəni abidələri ziyarət edib.

Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim qonaqlara Fondun humanitar, sosial və təhsil fəaliyyətləri haqında ətraflı məlumat verib, hər gün daha da möhkəmlənən Azərbaycan və Türkiyə əlaqələrinin iki dövlət arasında bütün müstəvilərdə, o cümlədən sosial fəaliyyətlərə müsbət təsir etdiyini bildirib. Daha sonra Fondun fəaliyyəti haqqında qısa videorolik izlənib.

Muammer Yavuz bəy də öz növbəsində bu cür ‎xeyriyyə tədbirlərini həyata keçirdiklərinə, Türkiyə-Azərbaycan mübasibətlərinə öz töhfələrini verdiklərinə və gənclər üçün yaradılmış yüksək imkanlara görə Fond rəhbərliyinə dərin minnətdarlığını ‎bildirib.

Görüşün sonunda qonaqlara Fond tərəfondən xatirə hədiyyəsi təqdim edilib.

Qeyd edək ki, Platforma üzvləri Azərbaycanın bir sıra rayonlarına səfər edəcəklər.