Sosial Fəaliyyətlər Azərbaycan Cümhuriyyətinin 106 İlliyinə Həsr Edilmiş İntellektual Turnir Keçirilib

Azərbaycan Cümhuriyyətinin 106 İlliyinə Həsr Edilmiş İntellektual Turnir Keçirilib

24

Mayın 26-da Gəncliyə Yardım Fondunun dəstəyi və İqtisadçı İntellektual Oyunlar Klubunun təşkilatçılığı ilə Azərbaycan Cümhuriyyətinin 106 illiyinə həsr edilmiş “XII İstiqlal Kuboku” intellektual turniri keçirilib. “Nə? Harada? Nə zaman?” formatında keçirilən intellektual turnirdə 200 nəfər iştirak edib.

Turnirin açılış mərasimində Gəncliyə Yardım Fondunun nümayəndəsi Şahalı Cəlilov çıxış edərək, Fondun gəncliyin intellektual inkişafına hər zaman dəstək verdiyini bildirib və bütün iştirakçılara müvvəffəqiyyət arzulayıb.

Daha sonra çıxış edən İqtisadçı İntellektual Oyunlar Klubunun sədri Xəyyam Cəbrayılov turnir haqqında ətraflı məlumat verib, tərəfdaşlara öz təşəkkkürünü bildirib.

“XII İstiqlal Kuboku” intellektual turnirinin qaliblərinə sertifikat və dəyərli hədiyyələr təqdim edilib.