Uncategorized Beynəlxalq İslam Düşüncə Vəqfi İdarə Heyətinin Üzvü GYF-ni Ziyarət Edib

Beynəlxalq İslam Düşüncə Vəqfi İdarə Heyətinin Üzvü GYF-ni Ziyarət Edib

12

Beynəlxalq İslam Düşüncə Vəqfi idarə heyətinin üzvü, vəkil Mehmet Akif Ersin və Türkiyənin Azərbaycandakı səfirliyinin Din Xidmətləri müşaviri İhsan Açık Gəncliyə Yardım Fondunu ziyarət ediblər

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim qonağa Fondun humanitar, sosial və təhsil fəaliyyətləri haqında ətraflı məlumat verib, hər gün daha da möhkəmlənən Azərbaycan və Türkiyə əlaqələrinin iki dövlət arasında bütün müstəvilərdə, o cümlədən sosial fəaliyyətlərə müsbət təsir etdiyini bildirib.

Mehmet Akif Ersin bəy də öz növbəsində Fond rəhbərliyinə bu cür ‎xeyriyyə tədbirlərini həyata keçirdiklərinə və gənclər üçün yaradılmış yüksək imkanlara görə dərin minnətdarlığını ‎bildirərək fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində ‎uğurlar arzulayıb.‎

Görüşün sonunda qonağa Fond tərəfondən xatirə hədiyyəsi təqdim edilib.