Sosial Fəaliyyətlər GYF-nin “Ənənəvi Oxçuluq” Təlimləri Davam Edir

GYF-nin “Ənənəvi Oxçuluq” Təlimləri Davam Edir

38

Gəncliyə Yardım Fondu tərəfindən həyata keçirilən “Ənənəvi Oxuçuluq Məktəbi” layihəsi 20-26 may tarixlərində silsilə təlimlərinə davam edib.

36 nömrəli Tam Orta Məktəbdə Bakı və Qazaxıstan Təhsil sektorunun nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə, Azərbaycan Beynəlxalq Maarif Məktəbində və Bilim Bakı Mərkəzində ənənəvi oxçuluq təlimçisi Ümid Dadaşov 200-dən çox şagirdə ənənəvi oxçuluğun sirlərini öyrədib.

Ümid Dadaşov əvvəlcə oxçuluğun tarixi və müasir dövrdə uşaqların fiziki-zehni inkişafına müsbət təsiri haqqında məlumat verib, daha sonra isə düzgün oxatma prosesini praktiki şəkildə göstərib.

Qeyd edək ki, “Ənənəvi Oxçuluq Məktəbi” il ərzində Bakı şəhərində yerləşən müxtəlif orta ümumtəhsil məktəblərində davam edəcəkdir.