Sosial Fəaliyyətlər Avropa Milli Görüş İhsan Söhbətləri (IGMG) Başqanı GYF-ni Ziyarət Edib

Avropa Milli Görüş İhsan Söhbətləri (IGMG) Başqanı GYF-ni Ziyarət Edib

32
İyunun 4-də Avropada yaşayan müsəlmanların və soydaşlarımızın problemlərinin həlli istiqamətində fəaliyyət göstərən Avropa Milli Düşüncə İhsan Söhbətləri təşkilatının başqanı Ali Börek və nümayəndə heyəti Gəncliyə Yardım Fondunu ziyarət edib.
 
Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim qonaqlara Fondun humanitar, sosial və təhsil fəaliyyətləri haqında ətraflı məlumat verib, hər gün daha da möhkəmlənən Azərbaycan və Türkiyə əlaqələrinin iki dövlət arasında bütün müstəvilərdə, o cümlədən sosial fəaliyyətlərə müsbət təsir etdiyini bildirib.
 
Ali Börek bəy də öz növbəsində Fond rəhbərliyinə bu cür ‎xeyriyyə tədbirlərini həyata keçirdiklərinə və gənclər üçün yaradılmış yüksək imkanlara görə dərin minnətdarlığını ‎bildirərək fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində ‎uğurlar arzulayıb.‎
 
Görüşün sonunda qonağa Fond tərəfondən xatirə hədiyyəsi təqdim edilib.