Sosial Fəaliyyətlər Hasene Beynalxaq Yardım Dərnəyinin Nümayəndələri GYF-ni Ziyarət Edib

Hasene Beynalxaq Yardım Dərnəyinin Nümayəndələri GYF-ni Ziyarət Edib

20

Bu gün Hasene Beynəlxalq Yardım dərnəyinin nümayəndələri Gəncliyə Yardım Fondunu ziyarət ‎edib. Ziyarət əsnasında qonaqlar Gəncliyə Yardım Fondunun idarə heyətinin nümayəndələri ilə görüşüb.

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim qonaqlara Fondun xeyriyyə fəaliyyətləri ‎haqqında geniş məlumat verilib. Ahmet Tecim qeyd edib ki, Gəncliyə Yardım Fondu qurulduğu ‎gündən bu günə qədər həyata keçirdiyi ‎humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə ‎arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə ‎xidmət edir.

Hasene Beynəlxalq Yardım dərnəyinin nümayəndələri də öz növbəsində Fond rəhbərliyinə bu cür ‎xeyriyyə tədbirlərini həyata keçirdiklərinə və gənclər üçün yaradılmış yüksək imkanlara görə dərin minnətdarlığını ‎bildirərək, fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində ‎uğurlar arzulayıb.‎

Görüşün sonunda qonaqlarla xatirə fotosu çəkilib.‎