Sosial Fəaliyyətlər Məşhur Türkiyəli Rejissor Osman Doğan Gəncliyə Yardım Fondunun Qonağı Olub

Məşhur Türkiyəli Rejissor Osman Doğan Gəncliyə Yardım Fondunun Qonağı Olub

18

Türkiyədə teatr fəaliyyəti göstərən “Tiyatro Külliyen”in rəhbəri məşhur aktyor və rejissor Osman Doğan Gəncliyə Yardım Fondunun qonağı olub.

Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim qonaqlara Fondun humanitar, sosial və təhsil fəaliyyətləri haqqında ətraflı məlumat verib, fəaliyyətlərin sahəsinin zamanla genişləndiyini, Fondun xüsusi ilə Azərbaycan-Türkiyə əlaqələrinin inkişafına vətəndaş cəmiyyəti olaraq töhfə verməyə çalışdığını və bu istiqamətdə layihələr həyata keçirdiyini qeyd edib.

Osman Doğan bəy də öz növbəsində Fond rəhbərliyinə bu cür ‎xeyriyyə tədbirlərini həyata keçirdiklərinə, gənclər üçün yaradılmış yüksək imkanlara görə dərin minnətdarlığını ‎bildirib və gələcək işlərində ‎uğurlar arzulayıblar.‎