Sosial Fəaliyyətlər GYF-də Xocalı Soyqırımı ilə Əlaqədar Tədbir Keçirilib

GYF-də Xocalı Soyqırımı ilə Əlaqədar Tədbir Keçirilib

14

Gəncliyə Yardım Fondunda 26 fevral – Xocalı Soyqırımı ilə əlaqədar Əbədi Birlik Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Xocalıya Ədalət: Tarixi Unutma, Gələcəyi Qoru!” adlı tədbir keçirilib.

Tədbirdə çıxış edən Xüsusi qonaqlar 13 dildə nəşr olunan “ Xocalı: Şahidlər Danışır ” kitabının müəllifi, tarix üzrə fəlsəfə doktoru İradə Əlili, Qarabağ qaziləri – Tutu ləqəbi ilə tanınan Rüxsarə Cumayeva, Oruc Cabbarov, Xocalı şahidləri – Eldəniz Ağayev, Sevinc Vəliyeva, Ayna Allahyar qızı, ehtiyatda olan Polkovnik-leytenant Nizami İsrafilov, “Əbədi Birlik” Gənclər İctimai Birliyinin sədri Şahin Əliyev və digərləri 1992-ci il fevralın 26-da erməni terrorçuları tərəfindən Xocalıda törədilən soyqırımından danışıblar.