Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və idarə heyətinin nümayəndələri Türkiyənin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Prof. Dr. Birol Akgün ilə görüşüb.
Ahmet Tecim Ahmet Tecim Birol Akgünə Gəncliyə Yardım Fondunun Azərbaycandakı fəaliyyətləri haqqında ətraflı məlumat verib, Fondun Azərbaycan və Türkiyə arasındakı tarixi dostluq və qardaşlıq körpüsünün möhkəmləsi istiqamətindəki işlərinin iki qardaş dövlət tərəfindən hər zaman müsbət qarşılandığını ifadə edib. Daha sonra Prof. Dr. Birol Akgünün səfir təyin olunması münasibəti ilə onu təbrik edib və bu məsuliyyətli işində müvəffəqiyyətlər arzulayıb.
Cənab səfir də öz növbəsində təşəkkürünü bildirib və Gəncliyə Yardım Fondunun gördüyü işləri yüksək qiymətləndirib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Birol Akgünün etimadnaməsini qəbul edib və səfir Azərbaycandakı fəaliyyətinə başlayıb.

