Sosial Fəaliyyətlər GYF-də Şəhid və Qazi Ailələri İftar Süfrəsində Bir Araya Gəldi

GYF-də Şəhid və Qazi Ailələri İftar Süfrəsində Bir Araya Gəldi

34

Gəncliyə Yardım Fondunun konfrans zalında şəhid və qazi ailələrinə iftar süfrəsi açılıb. İftar süfrəsi Müqəddəs Qurani-Kərimdən ayələrin tilavəti ilə başlayıb. Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim bütün qonaqları salamlayaraq mübarək Ramazan ayında belə bir iftar süfrəsi ətrafında olduğu üçün öz məmnunluğunu bildirib.

Türkiyə Cümhuriyyətinin Bakı Böyükelçiliyinin Din Xidmətləri Müşaviri İhsan Açık tədbirdə iştirak edən bütün şəhid ailələrinə başsalığı verib, qazilərə isə Allahdan şəfa diləyib. İşğaldan azad edilən torpaqlarımızın məhz onların canı və qanı bahasına işğaldan azad edildiyini bildirib.

Ölkəmizdə səfərdə olan və şəhid ailələri ilə görüşdə iştirak edən Türkiyə Dəyanət Vəqfinin Baş direktoru İzani Turan da öz çıxışında şəhidlərin mənəvi dəyərindən bəhs edib,  şəhid ailələrinə səbirlər diləyib və hər bir vətən övladının onlara borclu olduğunu vurğulayıb. 

Tədbirdə çıxış edən Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi  Mehmet Süreyya Er Gəncliyə Yardım Fondunun hər zaman şəhid ailələrinə diqqət və qayğısından söz açaraq, bu kimi fəaliyyətlərini davamlı olduğunu vurğulayaraq yüksək qiymətləndirdiyi bildirib.

Azərbaycanın milli qəhrəmanı polkovnik–leytenant Vahid Quliyev ə öz çıxışında  fond rəhbərliyinə belə iftar süfrələrini təşkil etdiyinə görə öz minnətdarlığını bildirib. O həmçinin öz çıxışında Qarabağ torpaqlarında canlarını fəda etmiş igid, mərd övladlar yetişdiklərinə görə şəhid analarına təşəkkürünü bildirib.

Daha sonra şəhid yaxınları çıxış edərək Türkiyə Cümhuriyyətinin rəhbərliyinə və xalqına Vətən Müharibəsində Azərbaycan xalqının yanında olduqlarına və dəstəklərini əsirgəmədiklərinə görə öz təşəkkürünü bildirib.

Tədbirin sonunda Türkiyə Dəyanət Vəqfi tərəfindən şəhid ailələrinə hədiyyə və  ərzaq paketləri təqdim edilib.