Sosial Fəaliyyətlər Beynəlxalq Demokratlar Birliyinin (UID) Gənclər Təşkilatının Nümayəndələri Gəncliyə Yardım Fondunu Ziyarət Edib

Beynəlxalq Demokratlar Birliyinin (UID) Gənclər Təşkilatının Nümayəndələri Gəncliyə Yardım Fondunu Ziyarət Edib

22

Martın 13-də Beynəlxalq Demokratlar Birliyinin (UID) Gənclər Təşkilatı sədri Ahmet Furkan Katırcıoğlu və idarə heyətinin üzvləri Gəncliyə Yardım Fondunu ziyarət edib. Ziyarət çərçivəsində Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim ilə görüş keçirilib.

Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim qonaqlara Fondun xeyriyyə fəaliyyətləri ‎haqqında geniş məlumat verib. Cənab Ahmet Tecim bildirib ki, qurulduğu ‎gündən bu günə qədər Gəncliyə Yardım Fondu həyata keçirdiyi ‎humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə ‎arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə ‎xidmət edir.

Ahmet Furkan Katırcıoğlu də öz növbəsində təşəkkürünü bildirib və Gəncliyə Yardım Fondunun gördüyü işləri yüksək qiymətləndirib.

Görüşün sonunda qonaqlara Gəncliyə Yardım Fondu tərəfindən xatirə hədiyyəsi təqdim edilib.