Bu gün Türkiyənin Azərbaycandakı səfirliyi, Azərbaycanda çalışan türk iş adamları, Qeyri-Hökumət Təşkilatlarının sədrləri və nümayəndələri Çanaqqala şəhidlərinin xatirəsini yad ediblər.
Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Prof. Birol Akgün Türk şəhidliyi abidəsinə çələng qoyub. Azərbaycan və Türkiyə dövlətlərinin himnləri səsləndirilib və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Bakıdakı Türk Şəhidliyi, Şəhidlər Xiyabanı ziyarət olunub.
Anım mərasimində Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və nümayəndələri də iştirak edib.




