Sosial Fəaliyyətlər Türkiyənin Azərbaycandakı Səfiri Gəncliyə Yardım Fondunun Ənənəvi İftar Süfrəsində İştirak Edib

Türkiyənin Azərbaycandakı Səfiri Gəncliyə Yardım Fondunun Ənənəvi İftar Süfrəsində İştirak Edib

25

Martın 18-də Türkiyənin Azərbaycan yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Prof. Dr. Birol Akgün, səfirliyin müşavirləri, Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer, TİKA Azərbaycanın rəhbəri Hayrettin Özçelik, ATİB-in sədri Mürsəl Rüstəmov, UID Azərbaycan üzrə regional rəhbəri Cengiz Aygör, Azərbaycanda faliyyət göstərən Beynəlxalq Maarif Məktəbləri, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi, Bakü Türk Anadolu Liseyi məktəblərin rəhbər və müəllim kollektivi, media nümayəndələri Gəncliyə Yardım Fondunun təşkil etdiyi ənənəvi iftar süfrəsində iştirak edib.

Türkiyənin Azərbaycandakı səfiri Prof. Dr. Birol Akgün Ramazan Azərbaycan və Türkiyə münasibətlərinin bütün müstəvilərdə uğurla davam etdiyini, Türkiyəli qardaşlarının Azərbaycanda, Azərbaycanlı qardaşlarımızın da Türkiyədə olduğu müddətdə özlərini öz doğma torpaqlarında, evlərində hiss etdiyini qeyd edib.

Cənab səfir Ramazan ayı münasibəti ilə hər kəsi təbrik edib və Gəncliyə Yardım Fonduna belə iftar süfərləri açdığına görə öz təşəkkürünü bildirib.