Gəncliyə Yardım Fondunun nəzdində fəaliyyət göstərən Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə Vətən Müharibəsi və Aprel Döyüşləri qaziləri ilə müxtəlif universitetlərdə oxuyan istedadlı gənclərin görüşü baş tutub. Görüşdə Vətən Müharibəsinin qazilərindən XTQ zabiti, Böyük Qayıdış Gənclər Təşkilatı İctimai Birliyinin sədr müavini Əhliyət Mehdiyev, XTQ zabiti Elvin Orucov, Aprel Döyüşləri qaziləri Sahib Vəliyev və Müseyib Qəhrəmanov iştirak edib.
Tədbir igidlik və cəsarət nümunəsi şəhidlərimizin əziz xatirələri bir dəqiqləlik sükutla yad edilərək başlanıb və daha sonra Azərbaycan Respublikasının Dövlət Himni və qardaş Türkiyə Respublikasının İstiqlal marşı səsləndirilib.
BİGA-nın koordinatoru Şahalı Cəlilov tədbir iştirakçılarını salamlayaraq Akademiyanın fəaliyyəti haqqında geniş məlumat verib. Daha sonra qonaqlar gənclərə həm zəfərlə bitən 44 günlük Vətən Müharibəsi, həm də zəfərə aparan Aprel Döyüşləri xatirələrini danışıblar.
Görüşün sonunda tələbələrin sualları cavablandırılıb və qazilərə hədiyyə təqdim edilərək xatirə şəkili çəkilib.













